Moskva və bütün Rusiyanın patriarxı Kirillin Arxipastırlara, pastırlara, rahiblik edənlərə və Rus Pravoslav Kilsəsinin sadiq övladlarına PASXA MÜRACİƏTİ
Allahin sevdiyi arxipastırlar, sadiq keşişlər və dyakonlar, allahsevər rahib və rahibələr, hörmətli bacı və qardaşlar!
Allaha minnətdarlıq hissi ilə dolu ürəkdən sizə möhtəşəm və xilasedici xəbəri çatdırıram:
MƏSİH ZÜHUR ETDİ!
İldən ilə bu pasxa nidası ilə Kilsə təxminən iki min il bundan əvvəl baş vermiş bəşəri əhəmiyyətli hadisə haqqında şəhadət edir. O zaman səhər tezdən sülh yaradan arvadlar öz müəllimlərinin dəfn yerinə gəlib qobulun boş olduğunu gördülər. İsanın ilahi qüvvəsi ölümün qanununa qalib gəldi. O, zühur edərək bütün bəşəriyyətə sübut etdi ki, ölüm həyatın sonu deyil, İlahi qüvvə ölümə qalib gəlir.
İsa Məsihin zühur etməsi dünya tarixində nadir hadisə olmaqla İlahi niyyətə görə bizim şəxsi zühurumuzun əvvəli oldu. Məhz buna görə Xilaskar dünyaya gəldi, əziyyət çəkdi, çarmıxa çəkildi və qəbirdən zühur etdi ki, hər birimiz sözün əsl mənasında ölümdən sonra zühur etmək təcrübəsindən keçə bilsin. Bu barədə apostol Pavel aydın şəkildə deyirdi: “Allah…Öz qüvvəsi ilə bizi də zühur etdirəcək” (1K., 6,14).
Məhz buna görə Pasxa bayramı həyatın ölümə qalib gəlməyinin bayramıdır, çünki Xilaskarımız İsanın Zühuru ilə bizlərə də ölümdən sonra zühur etmək bacarığı verilmişdir. Həyatın nə qədər çətinliklərindən keçsək də, həyat bizi nə cür sınaqlara məruz qoysa da, mənəvi qüvvəyə malik olmayanlar gələcəyi görməyə çalışmaqla bizi nə qədər qorxuzsalar da, biz dünyanı sakit və sevinclə qəbul etməliyik, çünki, İsa zühur etdi!
Müqəddəs Rus torpağında Pasxa bayramı həmişə böyük və işıqlı olmuşdur. Son onilliklərdə o, yenidən bir çox evlərə və ailələrə qayıtdı. Bu gün bu bayramı əvvəllər pasxa təbrikləri səsləndirilməyən yerlərdə də qeyd olunur – xəstəxanalarda və həbsxanalarda, Orduda və Donanmada, hətta kosmosda. Arzu edirik ki, hal hazırda Rus dünyasının ölkələrində baş verən xarici dəyişikliklərlə yanaşı insan qəlblərinin zühuru baş versin, hər bir insanın ürəyini İsa zühurunun sevinci doldursun, İlahi sevginin işığı yalnız yaxın və qohumlarımızı deyil, həmçinin, kilsəyə getmək imkanı olmayanları, yaşlıları, xəstə və tənha insanları da isitsin!
İsanın zühuru vasitəsilə dindar insan yuxarıdan göndərilən ali qüvvəyə malik olmaq imkanını əldə edir ki, düzgün və Allahın buyurduqları ilə yaşasın: xeyirxah və mərhəmətli, insanlara qarşı dürüst və hörmətli olsun, onların sevinc və dərdlərinə şərik olmağı bacarsın.
Yaxınlara qarşı bu xaçpərəst münasibət həmçinin vətənə, xalqa, ailəyə və evə qarşı qayğıkeşliyi də daxil edir. Daim mənəvi dəyərlərin üstünlüyünü təbliğ edərək Kilsə öz övladlarını həmçinin Allahın yaratdığı dünyanın müvəqqəti və real dəyərlərinə: ətraf mühitimizə, sələflərimiz tərəfindən əsrlər boyu yaradılan zəngin mədəni irsimizə qayğılı münasibətə çağırır.
Pravoslavlığın dini sərvətlərinin və ənənələrinin qoruyucusu, daşıyıcısı olmaq özünü, öz daxili dünyavı faəl şəkildə dəyişdirmək, həmçinin ətraf aləmimizin gözəlliyini və ahəngliyini qoruyub saxlamaq və pisniyyətli insan iradəsi nəticəsində onların itirildiyi, məhv olduğu yerlərdə yenidən onları bərpa etmək deməkdir. Həqiqi xaçpərəstin vəzifəsi və məsuliyyəti məhz bundan ibarətdir.
Allah bizdən gücümüzün yetmədiyi qoçaqlıqlar tələb etmir. O, hər bir insanın qəlbinə üz tutaraq dəfələrlə çağırır: “Zəhmətkeşlər və qayğısı olanlar, Mənə yaxın olun, Mən sizi sakitləşdirəcəm; Mənim hakimliyimi qəbul edin və Məndən öyrənin; Mən qəlbən mülayim və sadəyəm, və siz məndə rahatlıq tapaçaqsınız, çünki mənim hakimliyim səadət gətirir, yüküm isə ağır deyil” (M. 11, 28-30). Allahın üzərimizə qoyduğu yükün nə dərəcədə yaxşı və yüngül olduğunu hiss edib, dərk etmək üçün həm yaxınlara həm də uzaq insanlara yaxşılıq etməyi öyrənmək lazımdır. Bu təlimdə yalnız ilk addımlar çətin olur: vaxtında dayanıb, kobudluğa kobudluqla, pisliyə pisliklə, yalana yalanla, məzəmmətə məzəmmətlə cavab verməmək lazımdır. Sonra isə heç olmazsa bir dəfə istər ailədə, işdə, prixodda və ya sadəcə qonşularla və tanışlarla ünsiyyət zamanı başqa insana faydalı olan düzgün və ədalətli addımdan məmnunluq duymaq lazımdır. Həmin məmnunluq hissi qazanc naminə deyil təmiz ürəkdən edilən xeyirxah işlərin həyatımızın bir hissəsi olduğu halda fərəhli və nikbin ruh yüksəkliyinə çevrilə bilər. Yalnız bu zaman biz etdiyimiz xeyirxah əməlin və ictimai rifahın arasında sarsılmaz əlaqənin olduğu dərk edib ictimai varlıqda da baş verən gözəl dəyişiklikləri hiss edəcəyik.
Həm şəxsi, həm peşə və ictimai sahədə əməllərimizin incil əsasları bizim özümüzü və ətraf mühiti əsaslı surətdə dəyişdirməyə qadirdir.
Biz bu nurlu, sevincli gecədə hamımız ucadan deyirik “Qoy, Allah sevgisi insanların qəlbində bərpa olsun və Onun düşmənləri yox olsun!” Qoy, Allah sevgisi qəlbimizdə bərpa olsun və yalan, ədavət, qəzəb, nifaq və insanları bir-birindən ayıran hər şey yer üzündən yox olsun.
Əzizlərim, mən sizin hamınızı Müqəddəs Pasxa bayramı ilə ürəkdən təbrik edirəm. Bizim Kilsə, yaşadığımız ölkələrin rifahı, yaxınlarımızın və bizə uzaq olan insanların səadəti naminə edəcəyimiz hər bir işdə insanların qəlblərinə həqiqi Qayıtmış Allahın köməyi ve xeyir-duası olsun. Amin.
MOSKVA VƏ BÜTÜN RUSİYANIN PATRİARXI
Moskva,
İsa Məsihin Pasxası
2011-ci il